AZ

Vilnüsdə dəmir yolunda güclü partlayış: qazla dolu vaqonlar alov içində qaldı

Ajans.az xəbər verir ki,hadisə ilə bağlı Litva Daxili İşlər Nazirliyi məlumat yayıb. İlkin məlumata görə, dəmir yolu stansiyasında qazla dolu bir neçə vaqonun partlaması nəticəsində "Qalxan" təhlükəsizlik planı işə salınıb. Hadisə yerinə cəlb olunmuş Yanğından Mühafizə Departamentinin nümayəndəsi Donatas Gurevičius bildirib ki, vaqonlar hələ də partlamaqda davam etdiyi üçün yanğınsöndürənlər ocağa yaxınlaşa bilmirlər. "Eşidilən partlayış səsləri maye qazın yanması üçün tipikdir. Alovun intensivliyi və ardıcıl partlayışlar müdaxiləni çətinləşdirir", – deyə Gurevičius qeyd edib. Hadisənin baş verdiyi ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb, yanğın yerindən 1 kilometr radiusda yaşayan sakinlərin təxliyyəsi elan olunub. Litva rəsmiləri hazırda hadisənin səbəblərini araşdırır. İtki və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

 

Seçilən
37
Ajans.az

1Mənbələr