Olaylar.az xəbər verir ki, Brüsseldə jurnalistlərə açıqlama verən Baş katib Moskvanı sərt tənqid edib. Onun sözlərinə görə hücumun qəsdən olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılır. Rutte həmçinin bildirib ki, Hava Hücumundan Müdafiə sistemləri daim hazır vəziyyətdədir:
"Mesajım aydındır: Ukraynadakı müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın və bilin ki, biz hazırıq, ayıq-sayıqıq və NATO ərazisinin hər qarışını qoruyacağıq".
Eyni zamanda, Polşa hökumətinin sözçüsü Adam Szlapka "Polsat" telekanalına açıqlamasında bildirib ki, hadisə ilə bağlı NATO-nun Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi tətbiq olunub.
Qeyd edək ki, 4-cü maddə tərəflərdən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid edildikdə, alyans üzvləri arasında məsləhətləşmələri nəzərdə tutur. 5-ci maddə isə bir NATO üzvünə hücumu bütün alyansa hücum kimi qəbul edir.