Almaniyalı mütəxəssisTomas Tuxel İngiltərə millisinin tarixinə düşüb.
Fanat.Az "Opta" statistik portalına istinadən xəbər verir ki, sözügedən yığma 52 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxdığı ilk 5 rəsmi matçda qol buraxmadan qələbə qazanıb.
Buna qədər heç bir məşqçi britaniyalıların "sükanı arxası"nda belə nəticəyə imza ata bilməyib.
Tuxel cari ilin yanvarından İngiltərə seçməsini çalışdırır. Milli qışın ilk ayından bəri DÇ-2026-nın seçmə mərhələsində Albaniya, Latviya, Serbiya və iki dəfə Andorraya "quru hesab"la qalib gəlib. İngilislər bu görüşlərdə 13 qolla yadda qalıblar.
Xatırladaq ki, İngiltərə yığması iyunun 10-da keçirdiyi yoxlama görüşündə Seneqala 1:3 hesabı ilə uduzub.
Nihat