AZ

ƏHALİNİN NƏZƏRİNƏ! Bu məhsul bahalaşacaq

Qax rayonunun bir sıra kəndlərində əhalinin əsas dolanışıq mənbəyi fındıqçılıqdır. Lakin bu il Turaclı kəndində fındıq istehsalçıları məhsuldarlığın ciddi şəkildə azaldığını bildirirlər.

NOCOMMENT.az milliaz-a istinadən xəbər verir ki, sakinlər deyirlər ki, mövsümdən böyük ümidləri olsa da, nəticə əvvəlki illərlə müqayisədə xeyli zəifdir. Kənd sakinlərindən biri qeyd edib:

“Bağımda 120 fındıq ağacı var. Əvvəllər 2 ton məhsul alırdım. İllərdir məhsuldarlıq azalır. 700 kiloqramdan 500-ə, sonra 430-a düşdü. Bu il isə güclə 300 kiloqram ola bilər. Qışın sərt, yazın isə ayazlı keçməsi məhsula ziyan vurdu”.

Mütəxəssislər də bu azalmanın əsas səbəbi kimi iqlim dəyişikliklərini və hava şəraitinin qeyri-sabitliyini göstərirlər.

Mövzu ilə bağlı Aqrar Sığorta Fondundan verilən məlumata görə, təsərrüfat sahibləri hava şəraitindən doğan bu kimi risklərə qarşı fındıq bağlarını əvvəlcədən sığortalatdırmaqla, zərər çəkdikləri halda dövlət tərəfindən sığorta ödənişi ala bilərlər.

Seçilən
31
5
nocomment.az

6Mənbələr