“Football-plus.az” xəbər verir ki, “football.ua” saytına açıqlama verən “əlcək sahibi” bunları deyib:
“Təəssüratlarımız necə ola bilər? Məncə, ayıbdı. Çox pis nəticə qazandıq. Belə rəqiblərə qalib gəlmək lazımdı. Nəyin və necə olmasının fərqi yoxdu. Daha irəli getmək istəyiriksə, qalib gəlmək lazımdı. Hər kəs fərdi şəkildə düşünməlidi. Növbəti görüş həlledici olacaq. Azarkeşlər, həmişə olduğu kimi, matçın ən yaxşısı oldu. Onlardan şikayətim yoxdu. Hər birinə “çox sağ ol” deyirəm”.
KƏNAN BAHADIR