AZ

AZANS CANSO-nun Avropa və Asiya Aeronaviqasiya Təminatçıları Rəhbərlərinin 3-cü Sammitində iştirak edib

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS)Qazaxıstanın Almatı şəhərində keçirilən CANSO – BeynəlxalqAeronaviqasiya Xidmətləri Təşkilatının Avropa və Asiya regionu üzrəAeronaviqasiya Xidmətləri Təminatçılarının (ANSP) rəhbərlərinin3-cü Sammitində Azərbaycanı təmsil edib.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundanməlumat verilib.

Bildirilib ki, tədbir regionda təhlükəsiz, səmərəli vəəlaqələndirilmiş hava məkanının inkişafı mövzusunda aparıcı ANSPrəhbərlərini bir araya gətirib. Xatırladaq ki, CANSO BeynəlxalqAeronaviqasiya Xidmətləri Təşkilatının Avropa və Asiya regionu üzrəAeronaviqasiya Xidmətləri Təminatçılarının ilk Sammiti 2023-cü ildəBakıda, Azərbaycanın təşkilatcılığı ilə keçirilmişdi.

Mülki aviasiya qlobal nəqliyyat sisteminin əsas sütunlarındanbiridir və uçuşların təhlükəsiz, fasiləsiz və effektiv idarəolunmasında ANSP-lərin rolu həlledicidir. Sammitdə AZANS nümayəndəheyəti regional uçuş təhlükəsizliyi, rəqəmsallaşma, innovativtexnologiyaların tətbiqi və ANSP-lər arasında koordinasiyanıngücləndirilməsi mövzularında strateji müzakirələrə töhfə verib.

Bu iştirak AZANS-ın təhlükəsiz və əlaqələndirilmiş regional havaməkanının inkişafında vacib rolunu və Azərbaycanın aviasiyasahəsində innovasiya və əməkdaşlığa sadiqliyini bir dahatəsdiqləyib.

Son illərdə tranzit uçuşların artımı Azərbaycanın qlobalaviasiyada strateji mövqeyini daha da möhkəmləndirib. Yalnız2024-cü ildə ölkə hava məkanından keçən 230 min tranzit uçuşvasitəsilə təxminən 50 milyon sərnişin daşınıb. İkitərəfli vəregional əməkdaşlıq, qabaqcıl texnologiyalar və müasirinfrastruktura əsaslanan hava məkanı idarəçiliyi AzərbaycanıMərkəzi Asiya ilə davamlı hava əlaqələrini təmin edən regionalqovşağa çevirib.

Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarınınistifadəyə verilməsi və onların müasir rabitə, naviqasiya vəmüşahidə sistemləri ilə təchiz olunması bu strateji inkişafın əsasmərhələlərindəndir. Bu addımlar ölkəmizi təkcə tranzit mərkəzideyil, həm də regional hava əlaqələrinin təminatçısı kimimöhkəmləndirərək Azərbaycanın siyasi və iqtisadi mövqeyini daha dagücləndirir.

AZANS beynəlxalq təşkilatlar və tərəfdaşlarla sıx əməkdaşlıqedərək regionda vahid və müasir aeronaviqasiya infrastrukturununformalaşdırılmasına töhfə verir və regional, həm də qlobaltərəfdaşlarla birlikdə daha təhlükəsiz, ağıllı və əlaqəli Avrasiyasəmasının qurulmasına sadiqliyini davam etdirir.

Seçilən
73
5
az.trend.az

6Mənbələr