34 yaşlı DeKarlos Braun 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayanın səs-küylü qətlində ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Jurnalistlərin yazdığına görə, Braun birinci dərəcəli qətldə və ictimai nəqliyyatda ölümə səbəb olan cinayət törətməkdə günahlandırılır. O, qatarda oturduqdan sonra gənc qadının boynuna bir neçə bıçaq zərbəsi endirib.
Təqsirli bilinərsə, Braun ABŞ-da ən ağır cəza – ölüm hökmü ilə üzləşəcək. Prokurorlar İrina Zarutskaya və onun ailəsi üçün ədalətin təmin ediləcəyini bildiriblər.