AZ

Azərbaycan millisinin yeni çalışdırıcısı bu tarixdə məlum olacaq - SON DƏQİQƏ

Millinin yeni baş tməşqçisinin kimliyi sentyabrın sonunda məlum olacaq.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, bu məsələ İcraiyyə komitəsinin yığıncağında müzakirəyə çıxarılacaq.

Qurumun ali orqanının toplantısı bu ayın üçüncü yarısında keçiriləcək və orada bir neçə namizəd arasından seçim ediləcək.

2024-cü ilin yayında yığmanın sükanı arxasına gətirilən Fernandu Santuş 2 gün sonra istefaya göndərilib. Portuqaliyalı mütəxəssislə 4 illik müqaviləyə birtərəfli qaydada xitam verilib.

Səbəb kifayət qədər tutarlıdır – komandamızı Millətlər Liqasında lap aşağı diviziona yuvarladan Santuş DÇ-2026-nın seçmə mərhələsinə də uğursuz başlayıb. İslandiya ilə səfər oyununda qeydə alınan 0:5 hesablı darmadağın AFFA rəhbərliyinin səbr kasasını daşırıb.

SPORTİNFO.AZ

Seçilən
13
sportinfo.az

1Mənbələr