ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan məhkəmə iclasından öncə jurnalistlərin suallarını cavablandırıb.
Globalinfo.az xəbər verir ki, Sərkisyan Ermənistan xalqının hazırkı hökumətə qarşı ayaqlanmalı olduğunu deyib.
O, ölkədə rejim dəyişikliyi məsələsinin hər zaman aktual olduğunu bildirib:
“Buna nail olmağın ən başlıca yolu impiçmentdir. Nepalda xalqın hökuməti devirməsi və Fransada davam edən iğtişaşlara nəzər yetirmək lazımdır. Xalqın etimadını qazanmayan hökuməti devirməyin iki yolu var, o da bunlardır. Bəs indi biz xalqımıza nə təklif edə bilərik?”
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.