AZ

Polşa Belarusla sərhədinə qoşun TOPLAYIR

Polşa çərşənbə günü səhər saatlarında Belarus sərhədinə hərbi texnika göndərib. Vətəninfo.az xəbər verir ki, bu barədə Birinci Milli dövlət televiziyası məlumat yayıb.

Polşa hərbi texnika karvanı Belarus sərhədinə doğru hərəkət edir. Çəkilən kadrlarında Polşa qoşunlarının, o cümlədən konvoyların Belarusla sərhədə doğru hərəkət etdiyi görünür.

Hadisə, Varşavada NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqinə dair müzakirələrlə üst-üstə düşüb. Bu maddə, təhlükəsizlik təhdidi yarandığı halda müttəfiqlərlə məsləhətləşmələri nəzərdə tutur.

Qeyd edək ki, rəsmi Varşavaya görə, ötən gecə Rusiya pilotsuz təyyarələri Polşanın hava məkanını keçib. Belarus isə cavab olaraq bildirib ki, onlar Polşa tərəfini təsadüfən həmin ölkənin ərazisində peyda olan, bəziləri isə Belarusda vurulan pilotsuz təyyarələr barədə xəbərdar ediblər.

Seçilən
27
veteninfo.az

1Mənbələr