Tanınmış kolleksiyaçı və kazino maqnatı Eleyn Uinnin əsərləri hərraca çıxarılacaq.
Kulis.az xəbər verir ki, bir neçə əsər noyabr ayında hərraca çıxarılacaq, biri isə gələn il muzeyə təqdim olunacaq.
Los-Anceles Sənət Muzeyi (LACMA) Uinnin kolleksiyasından Frensis Bekonun "Lucian Freud-un üç eskizi (1969)" əsərini alacaq.
Qeyd edək ki, kolleksiyaçı bu əsəri 2013-cü ildə Christie’s hərracında 142,2 milyon dollara əldə etmişdi.