AZ

Baş katib Putinə xəbərdarlıq edib: NATO ərazisinin hər qarışını qoruyacağıq

NATO Baş katibi Rusiyaya məxsus bir neçə pilotsuz uçuş aparatının Polşa hava məkanında vurulmasından sonra Prezident Vladimir Putinə xəbərdarlıq edib.

Sitat.info "Politico”ya istinadən xəbər verir ki, Brüsseldə jurnalistlərə açıqlama verən NATO Baş katibi Moskvanı sərt tənqid edib.

Baş katibin sözlərinə görə, hərbi alyans hücumun qəsdən olub-olmadığını müəyyən etmək üçün araşdırma aparır.

 Rutte qeyd edib ki, Hava Hücumundan Müdafiə sistemlər daim hazır vəziyyətdədir.

“Mesajım aydındır: Ukraynadakı müharibəni dayandırın. Müttəfiqlərin hava məkanını pozmağı dayandırın və bilin ki, biz hazırıq, ayıq-sayığıq və NATO ərazisinin hər qarışını qoruyacağıq”, - Rutte vurğulayıb./APA

Seçilən
4
9
sitat.info

10Mənbələr