AZ

Hisə verilmiş bütün məhsullar kanserogendir Professor

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bu, sübut edilmiş faktdır ki, hisə verilmiş bütün məhsullar kanserogendir. Məsələn, ət, kolbasa, pendir, sosiska və s.”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla kolbasa məhsullarının xərçəng riskini artırması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert kolbasaların hazırlanarkən ağ rəngdə olduğunu diqqətə çatdırıb:

"Kolbasaya qırmızı rəngi nitratlar verir. Kolbasalar bu maddə ilə rənglənir.  Həm də bunu ona görə vururlar ki, kolbasada olan bağırsaq çöpləri inkişaf etməsin, insanlar zəhərlənməsinlər. Əslində nitratların özü də müəyyən dozadan artıq olanda bədəndə konsentratsiya olunur və kanserogen hesab olunur”.

Professor bütün konservə olunmuş məhsulların orqanizm üçün riski olduğunu xatırladıb:

"Ən yaxşısı ət alıb onu evdə hazırlamaqdır. Nəfsə nəzarət yaxşıdır”.

Qeyd edək ki, rusiyalı diyetoloq və endokrinoloq Anton Polyakovun sözlərinə görə, kolbasa məhsulları xərçəng riskini artırır: 

"Ümumdünya Səhiyyə Təşkilatı uzun müddətdir ki, kolbasa məhsullarını sağlamlıq üçün risk yaradan məhsullar qrupuna daxil edib. Yəni əgər siz müntəzəm olaraq kolbasa yeyirsinizsə, xərçəng xəstəliyinə tutulma riski artır. Daha sağlam alternativ olaraq kolbasanı mal dili ilə əvəz etmək məsləhətdir”.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
qaynarinfo.az

1Mənbələr