Xalq artisti Aygün Kazımova müğənni həmkarı Eldəniz Məmmədova hörmətsizlik edib.
Publika.az xəbər verir ki, Aygün Kazımovanın çıxış etdiyi məkanlardan birində müğənni Eldəniz Məmmədov onunla şəkil çəkdirmək üçün səhnəyə qalxıb.
Lakin Aygün Kazımova Eldəniz Məmmədovun istəyinə sərt reaksiya verib:
O, həmkarını guya tanımadığı kimi davranaraq, onunla şəkil çəkdirmək istəməyərək E.Məmmədovu pərt edib.
Aygün Kazımovanın bu hərəkəti sosial şəbəkələrdə qınanılıb.