AZ

Bakıda 62 yaşlı kişi qulluqçu işlədiyi evdə üçyaşlı uşağa təcavüz etdi - TƏFƏRRÜAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda 62 yaşlı kişi 3 yaşlı qıza qarşı seksual hərəkətlər edərkən yaxalanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış məntəqəsində baş verib.
1963-cü il təvəllüdlü Ehtiram Babayev (soyad şərtidir) uzun müddət ailəli olsa da, övladı olmayıb. Bir neçə il əvvəl onun həyat yoldaşı dünyasını dəyişdiyi üçün tənha yaşamağa başlayıb.
Dostu Əli adlı şəxs onun tənha yaşamasına razı olmayıb və Ehtiramı evlərinə dəvət edib, onun ailəsi ilə birlikdə yaşamasını istəyib. Ehtiram evini satıb Əlinin evinə köçüb və onun ailəsi ilə birlikdə yaşamağa başlayıb.
Bir müddətdən sonra Əli xəstələnib və yatağa düşüb. O, Ehtiramdan xahiş edib ki, onunla bir otaqda yatsın və günorta saatlarında ailə üzvləri evdə olmadığı vaxtlarda ona kömək etsin. Ehtiram da dostu ilə razılaşıb və Əlinin etdiyi yaxşılığa görə ona qulluq etməyə borclu olduğunu deyib.
Ehtiram gündüz saatlarında Əlinin 2021-ci il təvəllüdlü qız nəvəsi ilə oynayıb və azyaşlı Ehtiramı çox istəməyə başlayıb. Bundan istifadə edən Ehtiramda azyaşlı qıza qarşı ehtiras yaranıb. Lakin ailə 63 yaşlı kişidən şübhələnməyib.
Bir müddətdən sonra Ehtiram azyaşlı qızı aldadaraq başqa otağa keçirib orada ona qarşı seksual hərəkətlər edib. Uşağını yemək vermək üçün axtaran Əlinin gəlini, yəni uşağın anası otaqları gəzərkən qəfil həmin otağa keçib və orada Ehtiramın azyaşlıya qarşı seksual hərəkətlər etdiyinin şahidi olub. Qadının qışqırığına onun həyat yoldaşı otağa gəlib və Ehtiram onlardan üzr istəyərək evdən qaçıb.
Valideynlərin şikayətindən sonra polis əməkdaşları Ehtiram Babayevi saxlayıblar və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Babayev 17 il azadlıqdan məhrum edilib.
Samir Əli
Seçilən
18
2
oxu.az

3Mənbələr