AZ

"Real" 22 milyon maaş alan futbolçusu ilə yolları ayıracaq

Avstriyalı müdafiəçi David Alaba gələn yay “Real”ı tərk edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat verib.

33 yaşlı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Sözləşmə yenilənməyəcək və Alaba azad agent kimi komandadan ayrılacaq. Bunun əsas səbəbi onun tez-tez zədələnməsidir.

İspaniya mətbuatına görə, Alabanın Madrid klubundakı illik maaşı 22 milyon avrodur.

Seçilən
61
publika.az

1Mənbələr