Bakı. Trend:
Bu gün AZCON Holding şirkətlərindən olan “Azərbaycan DəmirYolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoruEldar Salahov Almaniyanın UNITRON şirkətinin idarəedici direktoruvə hüquqşünası Niko Hans Zibert ilə görüşüb.
Trend şirkətə istinadən xəbər verir ki, səfərinəsas məqsədi Almaniyanın dəniz sənayesində tətbiq olunan qabaqcıltexnologiyaların təqdim edilməsi, bu sahədə fəaliyyət göstərənAzərbaycan şirkətləri ilə, həmçinin Bakı Limanı ilə potensialəməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsiolub.
Bakı Limanında keçirilən görüş zamanı nümayəndə heyətinə limanıntexniki imkanları, inkişaf planları və statistik göstəricilərbarədə məlumat təqdim edilib, onları maraqlandıran suallarcavablandırılıb.
Terminallara baxış zamanı Limanın əməliyyat imkanlarınıngenişləndirilməsi və bu prosesdə Almaniya şirkətləri ilə mümkünəməkdaşlıq imkanları da müzakirə olunub.