AZ

"Elxan Məmmədov bəla idi, "Qarabağ"a da badalaq vururdu" - VİDEO

“Elxan Məmmədov bəla idi, Qarabağa da badalaq vururdu”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, 15 il ərzində (2008-2023) AFFA-nın baş katibi olmuş Elxan Məmmədovun dövrünə dair açıqlama verib.

ATV kanalında efirdə gedən «Futbolumuz» verlişinin daimi eksperti xatırladıb ki, E.Məmmədov federasiyanı idarə ediyi illərdə bu sektoru xarabalığa çevirib, klubları ələ keçirmək üçün iyrənc addımlar atıb, hər birinə öz adamlarını yerləşdirməyə çalışıb.

Bildirib ki, bu şəxs «Qarabağ»a da zaman-zaman «əlcək atıb», onlara problem yaradıb.

Tanınmış teleşərhçi qeyd edib ki, AFFA-nın yeni rəhbərliyi E.Məmmədovun vaxtından yığılıb qalan problemlərin həllinə nail olmalı, prosesi gecikdirməməlidir.

Çünki federasiyadakı dəyişikliyin üstündən ilyarımdan çox müddət keçib, ancaq inkişaf strategiyasının icrası yönündə heç bir addım atılmayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
4
sportinfo.az

1Mənbələr