AZ

Suraxanıda su borusu partladı, dəmir yolu xətti su altında qaldı

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Suraxanı rayonu, BülBülə qəsəbəsində su borusunun partlaması nəticəsində ciddi problemlər yaranıb.

BAKU.WS-in qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, hadisə Səttar Bəhlulzadə küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində qeydə alınıb. Sakinlərin sözlərinə görə, artıq neçə gündür məsələ ilə bağlı su təchizatı idarəsinə dəfələrlə müraciət olunsa da, problem hələ də həll edilməyib.

Nəticədə yol infrastrukturu sıradan çıxıb, qatar xətti isə su altında qalıb. Sakinlər narahatlıq bildirərək qeyd edirlər ki, vəziyyət nəzarətə götürülməsə, hər an qəza və ya fəlakət baş verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
baku.ws

2Mənbələr