AZ

DİM Gəncədə dövlət qulluqçuları üçün təlimlərə başlayıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 10 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Gəncədə müvafiq dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət qulluğuna qəbul-nəzəri və praktiki məsələlər” mövzusunda təlim təşkil olunub. Təlimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncədəki “ASAN xidmət” mərkəzlərinin, həmçinin digər qurumların əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyaları və vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib. Təlimin davamında praktiki tapşırıqlar yerinə yetirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq keçirilən təlimlər 3 gün davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
1
azertag.az

2Mənbələr