AZ

Gəncədə küçə itləri insanlara hücum edir – Sakinlər narahatdır

Gəncə şəhərinin Gülüstan qəsəbəsində sakinlər küçə itlərinin hücumlarından əziyyət çəkirlər.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətdə bildirilir ki, xüsusilə Böyük Ucuzluq mağazasının yaxınlığında vəziyyət təhlükəli həddə çatıb. Sakinlərin sözlərinə görə, küçə itlərinin sayı hər gün artır və onların piyada yolunda hərəkət etməsi mümkünsüzləşib.

"İtlər insanlara cumurlar, hətta uşaqlara belə hücum edirlər. Bu gün bir nəfərin üstünə cumdular, yazıq kişi yerə yıxıldı. Çox acınacaqlı vəziyyətdir", – şikayətçilər bildirir.

Həmin görüntüləri təqdim edirik:

Şahanə Xankişiyeva

Seçilən
18
1
far.az

2Mənbələr