NATO ərazisinin hər qarışını müdafiə edəcəyik.
APA xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirib.
Beləliklə, ABŞ Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı vəziyyətdə müttəfiqlərini qətiyyətlə dəstəklədiyini bildirib və "NATO ərazisinin hər qarışını müdafiə edəcəyinə" söz verib.