AZ

Əyyub Allaşın Bakıya dönəcəyi tarix bilindi

Misli Premyer Liqasının 4-cü turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq "Araz-Naxçıvan"ın zədəlisi Əyyub Allaşla bağlı yeni xəbər var.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Mərakeş əsilli belçikalı yarımmüdafiəçi sentyabrın sonuna kimi Bakıya gələcək. 

Yayda əməliyyat olunan və hazırda bərpa prosesi keçən 27 yaşlı futbolçunun durumuna məhz bundan sonra aydınlıq gələcək.  

Qeyd edək ki, “Araz-Naxçıvan” Allaşla qışda "6 ay+1 illik" müqavilə imzalayıb.  

"Kəpəz" - "Araz-Naxçıvan" oyunu 12 sentyabrda Qəbələdə keçiriləcək. Matç saat 17:45-də start götürəcək.

Mirağa

Seçilən
8
1
fanat.az

2Mənbələr