AZ

Azərbaycan mətbəxi xoşuma gəlir Polşalı qapıçı

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mən əvvəllər Bakının mərkəzində yaşayırdım, lakin daha geniş mənzil üçün şəhər kənarına köçdüm və etiraf etməliyəm ki, bura daha sakitdir.

"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına müsahibəsində deyib.

25 yaşlı qolkiper klub tərəfindən ona hər cür şəraitin yaradıldığını bildirib: “Bütün diqqətimi futbola yönəldə bilirəm. Azərbaycan mətbəxi də xoşuma gəlir. Burada Türkiyə mətbəxinə xas çoxlu elementlər var, həmçinin Polşa yeməklərinə bənzər dadlar da tapmaq mümkündür. Bakı olduqca gözəl şəhərdir. Burada görməli yerlər çoxdur, sadəcə elə vaxt seçmək lazımdır ki, hava çox isti olmasın. Yerli sakinlər təmizliyə xüsusi diqqət yetirirlər, çünki paytaxt Bakı Azərbaycanın vizit kartıdır. Onlar üçün turistlər önəmlidir. “Qarabağ”ın Çempionlar Liqasında iştirakı da ölkəyə çoxlu turist cəlb edə bilər, xüsusən də ev oyunlarımızda maraqlı rəqiblərlə qarşılaşacağımız üçün”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu sentyabrın 16-da Portuqaliyada “Benfika”ya qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
unikal.az

1Mənbələr