AZ

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Lent az saytına istinadən ain.az xəbər verir.

“Azərsun Holdinq” “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsinə dəstək olub.

Yeni tədris ilinin başlaması münasibətilə 1-11-ci siniflərdə təhsil alan  şəhid övladları üçün illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları onlara təqdim edilib.

Layihə çərçivəsində respublikanın bütün ərazisini əhatə etməklə, 900-dən çox şəhidin 1500-dək məktəbli övladı üçün hədiyyə qutuları hazırlanıb və ünvanlara çatdırılıb. Məktəblilərin təxminən 800 nəfəri oğlan, 700 nəfəri isə qızdır.

“Azərsun Holdinq” uşaqların təhsilinə töhfə vermək, onların gələcəyə olan inamını gücləndirmək və şəhid ailələrinə dəstək olmaq üçün müxtəlif sosial layihələr həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
12
lent.az

10Mənbələr