AZ

Polşa hava məkanı işğal edilib FOTO

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belə bir iddia ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Co Vilson çıxış edib

Rusiya-Ukrayna müharibəsi tədricən Avropanın içərilərinə keçməkdədir. Buna misal olaraq Rusiya raketlərinin və dronlarının Polşa sərhədlərini aşaraq bəzi yerlərə düşməsini göstərmək olar. Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya dronlarının Polşanın hava məkanını pozmasını Avropa üçün son dərəcə təhlükəli presedent olduğunu bildirib. O özünün sosial şəbəkə hesabında yazdığı statusunda Rusiyanın addımını Avropa üçüns ekalasiya olduğunu bildirib: “ Rusiya-İran dronları Polşanın hava məkanında, NATO-nun hava məkanında fəaliyyət göstərdilər. Qəza adlandırıla biləcək bir "şəhid" yox, ən azı 8 hücum pilotsuz təyyarəsi Polşa istiqamətinə yönəldilib".

O vurğulayıb ki, ruslar bunun nəticələrini hiss etməlidirlər və müharibəni genişləndirmək olmaz və ona son qoymaq lazımdır.

Polşanın hava məkanına pilotsuz təyyarənin mümkün müdaxiləsi səbəbindən Polşa bir sıra hava limanlarını bağlayıb.

Aviatorlar üçün rəsmi NOTAM mesajları hava limanlarının “milli təhlükəsizliyin təmin edilməsi kontekstində planlaşdırılmamış hərbi fəaliyyət nəticəsində” bağlandığını göstərir.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı ölkənin hava məkanının pozulmasını rəsmən təsdiqləyib və insanları hərbi əməliyyatlar bitənə qədər evdə qalmağa çağırıb. Bildirilib ki, yerüstü hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Respublikaçı konqresmen və ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Co Vilson Rusiyanın hücum pilotsuz təyyarələrinin Polşa hava məkanını işğal etdiyini bildirib. Siyasətçi vurğulayıb ki, bu cür hərəkətlər birbaşa müttəfiqə hücum təşkil edir.

İlham

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
sesqazeti.az

1Mənbələr