AZ

Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmə - 30 min manat qarşılığında barışdılar

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Publika.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə bir neçə sənəd təqdim edilib.

Həmin sənədlərdən məlum olub ki, iki zərərçəkən 30 min manat kompensasiya qarşılığında təqsirləndirilən şəxslərlə barışıb.

Bir neçə şahid məhkəməyə müraciət edərək prosesə qatıla bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadələrini təsdiqlədiklərini bildiriblər.

Prosesdə zərərçəkən Adil Rüstəmov deyib ki, təqsirləndirilən şəxslərin təklif etdiyi kompensasiya ilə razı deyil. O bildirib ki, hadisə nəticəsində həlak olan oğlu işlədiyi sexdən hər ay 800 manat maaş alıb.

Təqsirləndirilən Tağı İbrahimov isə Adil Rüstəmovun mərhum oğlunun övladları üçün 18 yaşı tamam olana qədər hər ay 500 manat pul təklif edib. Lakin zərərçəkən Adil Rüstəmov bununla da razılaşmayıb.

Proses son şahidləri dindirmək üçün sentyabrın 24-dək təxirə salınıb.

Seçilən
13
9
publika.az

10Mənbələr