ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukryananın Vinnitsa vilayətinin Şarqorod şəhərində 23 yaşlı müəllim iki məktəblini bıçaqlayaraq öldürüb.
AzPost UNİAN-a istinadən bildirir ki, Baş Prokurorluğun məlumatına görə, qatil məktəbə gedən uşaqları gözləyib, qəfil hücum edib və onların boyun nahiyəsindən bıçaqlayıb.
Hər iki yeniyetmə tibbi yardım alarkən dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərin şəxsiyyətini müəyyənləşdiriblər. Oonlar 10 və 11-ci sinif şagirdləridir. Saxlanılan şübhəlinin uşaqların keçmiş müəllimi olduğu üzə çıxıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə şəraitini və şübhəlinin motivlərini araşdırır.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.