AZ

Gürcüstanda yerli seçkiləri izləyəcək 19 müşahidə təşkilatı qeydiyyata alınıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) yerli seçkilərlə bağlı müşahidəçi təşkilatların qeydiyyatı barədə məlumat yayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, MSK-nın açıqlamasına görə, hazırda 19 müşahidə təşkilatı qeydə alınıb.

Bildirilib ki, bu gün daha 5 təşkilat – 3 beynəlxalq, 2 yerli qurum – rəsmi qeydiyyatdan keçib.

Müşahidə missiyaları arasında Avropadan dəvət olunmuş təşkilatlar da var.

MSK-nın açıqlamasında əlavə olunur ki, məsələ ilə bağlı yayılan bəzi spekulyasiyalar əsassızdır və yalnız seçki administrasiyasını gözdən salmağa xidmət edir.

"Cebheinfo.az" 

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr