AZ

Milli Məclis Aparatının nümayəndə heyəti Özbəkistanda səfərdədir (FOTO)

Bakı. Trend:

Sentyabrın 10-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevinbaşçılıq etdiyi Azərbaycan Parlament Aparatının nümayəndə heyətiÖzbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində Özbəkistan AliMəclisi Senatının Aparat rəhbəri Kudrat Nurullayevlə görüşüb.

Parlamentdən Trend-ə bildirilib ki, qonaqları səmimiyyətləsalamlayan Senatın Aparat rəhbəri Özbəkistan-Azərbaycanmünasibətlərinin strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsinəyüksəldiyiini diqqətə çatdıraraq, bu münasibətlərin inkişafındadövlət başçılarımızın xüsusi rolunu qeyd edib.

Bildirilib ki, Bakıda Özbəkistanın yeni səfirlik binasınınaçılışı və “Özbəkistan” parkının təməlinin qoyulması, həmçininÖzbəkistanda Azərbaycanla bağlı həyata keçirilməsi nəzərdə tutulanlayihələr ölkələrimiz arasındakı münasibətlərin yüksəksəviyyəsindən xəbər verir.

Parlamentlərarası münasibətlərdən danışan Aparat rəhbəribildirib ki, parlamentlərimiz arasında aktiv dialoq və sıxəməkdaşlıq mövcuddur. Bu münasibətlərin tərkib hissəsi olaraqparlament aparatları arasında da əməkdaşlıq günü-gündən inkişafedir.

Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclis Aparatınınrəhbəri Fərid Hacıyev spiker Sahibə Qafarovanın salamlarının spikerTənzilə Narbayevaya çatdırılmasını xahiş edib.

Aparat rəhbəri diqqətə çatdırıb ki, ölkələrimiz arasındakıtarixi köklərə əsaslanan münasibətlər bu gün yeni səviyyəyəyüksəlib. Əsası Ulu Öndər Heydər Əliyev və Özbəkistanın o dövrküdövlət başçısı tərəfindən qoyulmuş bu münasibətlər bu günPrezidentlərimiz cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyevtərəfindən uğurla inkişaf etdirilir.

İki ölkənin parlamentlərarası əlaqələrindən danışan FəridHacıyev bu sahədə parlament sədrlərinin qarşılıqlı səfərlərinin vəparlament təşkilatlarındakı qarşılıqlı dəstəyin əhəmiyyətinivurğulayıb. Aparat rəhbəri cari ilin aprel ayında Özbəkistanınpaytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatı Parlament ŞəbəkəsininIV konfransının, həmçinin cari ilin iyul ayında Özbəkistanın Xivəşəhərində keçirilmiş Birinci Özbəkistan-Azərbaycanparlamentlərarası forumunun yüksək səviyyədə təşkilinə vəkeçirilməsinə görə Özbəkistan tərəfinə təşəkkürünü bildirib.

İki ölkə parlamentinin aparatları arasında əlaqələrin uğurluinkişafından məmnunluqla danışan Milli Məclis Aparatının rəhbərikonstruktiv əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin bundansonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Sonra görüş qarşılıqlı sual-cavab və tərəfləri maraqlandıranməsələlərin müzakirəsi ilə davam etdirilib.

Görüşdə nümayəndə heyətinin üzvləri - Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Milli Məclissədrinin köməkçisi Rauf Məmmədov, Parlament Aparatının Dövlətquruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi müdirininmüavini Səməd Sultanov, Milli Məclis rəhbərliyi Katibliyinin sektormüdiri İlkin Qəhrəmanov iştirak ediblər.

Sonra Parlament Aparatının nümayəndə heyəti Özbəkistan AliMəclisi Senatı Aparatının Nəzarət-analitika idarəsinin,Nəzarət-analitika idarəsinin Nəzarət və məlumat-analitik şöbəsinin,Ərazilərin sosial-iqtisadi inkişafı və büdcə şöbəsinin, Ərazinümayəndəlik orqanlarının fəaliyyətinin öyrənilməsi mərkəzininəməkdaşları ilə də görüş keçiriblər və bu şöbələrin də fəaliyyətiilə tanış olublar.

Görüşdən əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevinbaşçılıq etdiyi Parlament Aparatının nümayəndə heyətinin üzvləriAparatlar arasında təcrübə mübadiləsi çərçivəsində Özbəkistan AliMəclisi Senatının inzibati binasında olublar, burada Mətbuatmərkəzinin, kitabxananın, mətbəənin, müxtəlif şöbələrin fəaliyyətiilə maraqlanıblar, senatorlar və Aparat əməkdaşları üçün yaradılmışiş şəraiti ilə tanış olublar.

Milli
Milli
Milli
Milli
Milli
Seçilən
15
11
az.trend.az

10Mənbələr