AZ

Paytaxtda zəncirvari qəza oldu, xəsarət alan var

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Paytaxda 4  maşının iştirakı ilə zəncirvari yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Babək prospektilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən nəqliyyatın hərəkəti üçün nəzərdə tutulmuş yeraltı keçiddə baş verib. "Lexsus", "Hyundai", "Mercedes" və "Kia" markalı avtomobillərin iştirakı ilə baş verən qəza keçiddə müvəqqəti hərəkət məhdudiyyəti yaradıb. "Kia"da olan bir nəfər kişi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
unikal.az

3Mənbələr