AZ

Alla Puqaçova İLK DƏFƏ Rusiyaı tərk etməsinin səbəbini açıqladı VİDEO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Xalq artisti Alla Puqaçova 2022-ci ilin fevral ayında Ukraynaya Rusiya tərəfindən genişmiqyaslı müdaxilə başladıqdan sonra niyə Rusiyanı tərk etdiyini ilk dəfə izah edib.Bizim.Media xəbər verir ki, Puqaçova bu barədə Katerina Qordeyeva ilə müsahibəsində danışıb.Puqaçova bildirib ki, 2022-ci ilin payızında müalicə üçün İsrailə gedib, lakin Rusiyanın müharibə tərəfdarı olan bir hissəsi hesab edib ki, müğənni ölkəni birdəfəlik tərk edib. Müğənni deyir ki, o, köç etməyi planlaşdırmamışdı, amma onun əleyhinə “davamlı təhqirlər” yağdıqdan sonra, anti-müharibə mövqeyinə görə fikrini dəyişib.Puqaçovanın sözlərinə görə, Maksim Qalkin müharibəyə qarşı açıq danışdıqdan sonra Prezident Administrasiyasının birinci müavini Sergey Kiriyenkonun onunla danışmaq istəyi olub:“Sergeyi yaxından tanıyırdım. Ona həmişə yaxşı münasibətim olub. Düşündüm, gedək danışaq. Bəlkə bir şey məsləhət verər”.Kiriyenkonun yanında söhbət edərkən o, ailəsinə qarşı “hər cür azadlıq”dan narahat olduğunu qeyd edib.O gün Puqaçova Kiriyenkonun yanında Qalkinin anti-müharibə bəyanatını da müzakirə edib: “Məmurun masasının üzərində Maksim haqqında bütün materiallar olub, lakin Kiriyenko mənə dedi ki, Qalkin emosiyaların təsiri altında danışıb və narahat olmağa heç bir əsas görmür.Dedim, yaxşı, heç olmasa xəbər verərdiniz ki, artıq söz azadlığı yoxdur. O isə dedi ki, “narahat olmayın, hər şey qaydasındadır””.Xalq artisti deyib ki, məhz həmin söhbətdən iki gün sonra, 16 oktyabrda, Qalkinə “xarici agent” statusu verilib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
bizim.media

2Mənbələr