İngiltərə millisinin DÇ-2026-nın seçmə mərhələsində Serbiyanı məğlub etməsi (5:0) komandanın baş məşqçisi Tomas Tuhel üçün də əlamətdar olub.
Bizim.Media xəbər verir ki, almaniyalı çalışdırıcı tarixi göstəriciyə imza atıb.
İngiltərə millisi Tuhelin rəhbərliyi altında ardıcıl 5 oyunda qol buraxmayıb. İndiyədək komandada heç bir mütəxəssis bunu bacarmayıb.
52 yaşlı Tuhel 2025-ci ilin yanvarından İngiltərə millisini çalışdırı. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın seçmə mərhələsində Albaniya, Latviya, Serbiya, iki dəfə isə Andorra ilə oynayıb. Bu görüşlərdə İngiltərə millisi ümumilikdə 13 qol vurub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta