İsrail Müdafiə Ordusu (IDF) Yəmənin paytaxtı Sənaya aviazərbə endirib.
Manset.az Report-a istinadən xəbər verir ki, zərbə husilərin mövqelərinə, həmçinin onların silah-sursat anbarlarına endirilib.
KİV qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Səna şəhərindən şimal-qərbdə yerləşən Amran əyalətinə də zərbə endirib.