Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və bu yaxınlarda keçirilmiş görüş zamanı avqustun 8-də Bakı ilə əldə olunan Vaşinqton razılaşmalarını müzakirə edib.
Bu barədə Paşinyan parlamentdə çıxışı zamanı məlumat verib.
Bu razılaşmalar İran Prezidenti Məsud Pezeşkianın avqustda İrəvana səfəri zamanı da müzakirə olunub.
Paşinyanın sözlərinə görə, o, Rusiya və İran liderləri ilə iki ölkə ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib.