AZ

"Sülhü pozmaq istəyənlər var" - Paşinyan

Avqustun 8-də Vaşinqtonda əldə olunan sülhü pozmaq cəhdləri var.

News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, 1994-cü ildən Qarabağ münaqişəsinin nizamlanması prosesi davam edir, lakin danışıqlar zamanı heç vaxt masa üzərində bəyanatdan başqa sənəd olmayıb.

“Bəyanat mətninə imza atılıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlara sülhün pozulması lazımdır. Belə qüvvələr həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur”, – Paşinyan bildirib.


Seçilən
43
17
news24.az

10Mənbələr