ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtda vətəndaşın qarşılaşdığı vəziyyəti sosial şəbəkələrdə paylaşması istifadəçilər arasında ciddi müzakirələrə yol açıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən vətəndaş karton toplamaq məqsədilə yaxınlıqdakı zibil qutusunun qapağını qaldıranda gözlənilməz bir mənzərə ilə üzləşdiyini bildirib. Zibilin içində cırıq kağızlar, köhnə əşyalar arasında qəhrəmanlarımızın, şəhidlərin şəkillərini gördüyü an şok yaşayıb.
Vətəndaş həmin şəkilləri bir-bir toplayaraq zibil qutusundan çıxarıb və bunun hansısa məktəbdə, yaxud bir tədbirdə hazırlanmış materiallar olduğunu ehtimal edib. Amma iddia nə olursa olsun, bir məzar daşından, bir portretdən fərqli olaraq, şəhidlərin şəkillərinin zibilliyə atılması ictimaiyyət tərəfindən ciddi qınaqla qarşılanıb.
Hadisəyə şahid olan vətəndaş bu davranışı edən insanlara irad bildirib. Onun sözlərinə görə, qəhrəmanların xatirəsinə qarşı bu cür laqeyd münasibət, cəmiyyətin mənəvi dəyərlərinə açıq hörmətsizlikdir.
Fidan
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.