ain.az bildirir, Turkstan.az portalına istinadən.
İsrail Yəmənin paytaxtı Sənada İranın dəstəklədiyi husilərin Müdafiə Nazirliyinə hücum edib.
Turkustan.az xəbər verir ki, son 48 saatda Suriya və Qətərə hücumların ardınca İsrail ordusu Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.
Yəmənin Əl-Məsirə telekanalı Husi silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin Sənaya hücum edən İsrail təyyarələrinə qarşı döyüşdüyünü bildirib.
İsrail ordusu verdiyi açıqlamada Səna və Cəvf bölgələrində husi hədəflərinə hücumlar təşkil edildiyini və hədəflər arasında hərbi düşərgələr, Hərbi İctimai Əlaqələr Mərkəzi və yanacaq anbarının olduğunu iddia edib.
İctimaiyyətlə Əlaqələr Mərkəzindən təbliğat üçün istifadə edildiyi, hərbi şəhərciklərdə əməliyyat və kəşfiyyat otaqlarının da olduğu qeyd edilib.
İsrail Yəmənə hücumlarını davam etdirəcəyi ilə hədələyib.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.