Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayıb.
Paşinyan ABŞ-la müzakirə olunan TRIPP layihəsinin gündəmdə olduğunu bildirib. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasındakı kommunikasiya xətlərinin birləşdirilməsi vacibdir.
Lakin Paşinyanın sözlərinə görə, Ermənistan ərazisində “Zəngəzur dəhlizi” adlanan infrastrukturun yaradılması mümkün deyil: “Amma istisna etmirəm ki, bu ad Azərbaycanda çox populyardır və orada hansısa infrastruktur, o cümlədən “Tramp Marşrutu”na qoşulacaq layihə belə adlandırıla bilər”.
Musavat.com