Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İsrailin Yəmənin paytaxtı Sənada husilərin Müdafiə Nazirliyi kompleksinə endirdiyi zərbə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.
Husilərə məxsus "Saba" informasiya agentliyi də ölən və yaralananlar olduğunu bildirib. Məlumata görə, üsyançıların qurumunda mənəvi-psixoloji hazırlıq şöbəsi hücuma məruz qalıb.
KİV ölən və yaralananların dəqiq sayı barədə məlumat vermir.
Qeyd edək ki, bu gün axşam saatlarında İsrail Müdafiə Qüvvələri Yəmənin paytaxtına hava zərbəsi endirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.