AZ

Ukrayna Avropa İttifaqından daha 1 milyard avro alıb

Bakı. Trend:

Ukrayna Avropa İttifaqından daha 1 milyard avro maliyyə vəsaitiəldə edib. Bu vəsait G7 ölkələrinin “Ukrayna üçün fövqəladəgəlirlərin sürətləndirilməsi” (ERA) təşəbbüsü çərçivəsində Aİ-ninayırdığı paya daxildir.

Trend xəbərverir ki, bunu Ukraynanın Baş naziri Yuliya Sviridenko “Telegram”səhifəsində yazıb.

“Bu tranş Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldəolunan gəlirlər hesabına maliyyələşdirilib”, – deyə o bildirib.

“ERA Loans” proqramı çərçivəsində Ukraynaya dondurulmuş Rusiyaaktivlərindən gələcəkdə əldə olunacaq gəlirlər hesabına 50 milyardABŞ dolları ayrılması nəzərdə tutulur. Avropa İttifaqı isə 18,1milyard avro (20 milyard ABŞ dolları) ayıracaq.

Ümumilikdə, ERA təşəbbüsü çərçivəsində Aİ artıq Ukraynaya 8milyard avro təqdim edib.

Ukraynanın Maliyyə Nazirliyi Aİ-nin qalan vəsaiti 2025-ci ilinsonuna qədər mərhələli şəkildə verəcəyini gözləyir.

2022-ci ildə Rusiya işğalının başlanmasından bəri Avropaİttifaqının Ukraynaya göstərdiyi ümumi yardımın məbləği 170 milyardavroya çatıb.

Seçilən
5
7
az.trend.az

10Mənbələr