AZ

Şuşada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Sentyabrın 20-21-də Şuşa şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkada Şuşa şəhərində və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri və sənətkarlar iştirak edə bilərlər.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, “KOB Fest”də məhsul və xidmətlərini təqdim etmək istəyən sahibkarlar sentyabrın 16-sı, saat 18.00-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şuşa” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirakı üçün ödəniş nəzərdə tutulmur. “KOB Fest” sərgi-satış yarmarkasının məqsədi bölgədə fəaliyyət göstərən KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

Şuşa şəhərində və ətraf bölgələrdə yaşayan sakinlər, həmçinin Qarabağı ziyarət edən qonaqlar “KOB Fest” sərgi-satış yarmarkasına dəvətlidir.

Seçilən
10
19
yeniazerbaycan.com

10Mənbələr