AZ

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: “Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var”

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə daxilində və xaricində Azərbaycanla əldə olunan sülhü pozmaq istəyən qüvvələr mövcuddur.

Musavat.com xəbər verir ki, Paşinyan avqustun 8-də Vaşinqtonda imzalanan deklarasiyanı xatırladaraq, bunun sülhün təsdiqi baxımından mühüm addım olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bəzi qüvvələr bu sənədin gündəmdə olmasını istəmir və sülhün pozulmasına çalışır:
“Deklarasiya imzalanıb, lakin bu, bir çoxlarının planlarına uyğun deyil. Onlar elə etmək istəyirlər ki, sülh pozulsun. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda mövcuddur”.

Seçilən
8
1
editor.az

2Mənbələr