AZ

ABŞ ilə yeni əməkdaşlıq mexanizmləri və investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət DepartamentininAvropa və Avrasiya Məsələləri üzrə Bürosunun baş rəsmisi BrendanHanrahan ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan ilə ABŞarasında iqtisadi münasibətlərin inkişaf dinamikasından məmnunluqifadə olunub və əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçüngörüləcək işlər müzakirə edilib.

Tərəflər Azərbaycan ilə ABŞ arasında Strateji TərəfdaşlıqXartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupununyaradılmasına dair Hökumətlərarası Anlaşma Memorandumununəhəmiyyətini vurğulayıblar. Bu təşəbbüs iki ölkə arasında iqtisadiəməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsibaxımından xüsusi önəm daşıyır.

Görüşdə, həmçinin, ABŞ ilə iqtisadi əməkdaşlığın inkişafetdirilməsi istiqamətində Azərbaycanın prioritetləri təqdim olunub.Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar,biznes mühitinin yaxşılaşdırılması və strateji infrastrukturlayihələri ABŞ şirkətləri üçün əlverişli imkanlar yaradır.

Vaşinqtonda keçirilmiş görüşlərin – ABŞ İdxal-İxrac Bankı (USEXIM Bank), “SpaceX”, “Exxon Mobil” və digər aparıcı qurumlarlaaparılan danışıqların davamı olaraq, yeni əməkdaşlıq mexanizmlərivə investisiya təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə, həmçinin, Zəngəzur dəhlizi (Trans-Xəzər Regionalİnkişaf və Partnyorluq Platforması – TRIPP) üzrə işlərin davametdirilməsi, regional nəqliyyat-logistika layihələrininreallaşdırılmasının iqtisadi əməkdaşlığa verəcəyi töhfələr diqqətmərkəzində olub.

Seçilən
8
9
az.trend.az

10Mənbələr