AZ

Torpaq sürüşməsi baş verib, Rusiyaya gedən yol tam bağlanıb

Gürcüstanda yağan güclü leysan yağışları ciddi problemlər yaradıb. Avtosfer.az xəbər verir ki, yağıntı nəticəsində Gürcüstandan Rusiyaya gedən yeganə beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlanıb. Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib ki, Mtsxeta – Stepantsminda - Lars avtomobil yolunun 109-cu kilometrliyinə böyük torpaq kütləsi düşüb. Nəticədə bu hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Ərazidə bərpa işləri görülür.

 

Seçilən
14
4
avtosfer.az

5Mənbələr