AZ

Paşinyan İrəvanın Bakı ilə müqavilədən əvvəl Minsk Qrupunun buraxılmasına niyə razılaşdığını açıqlayıb

Avqustun 8-də Vaşinqtonda imzalanan sənədlər Ermənistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını şərtləndirdiyi üçün Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.

“İki sahil” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişi paraflanandan sonra ATƏT-in Minsk qrupunun buraxılmasına razılaşmasına məhz bu prinsiplərin təsbiti səbəb olub.

"Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə tənzimləndiyini görəndə, bu şansı əldən verə bilməyəcəyimizə qərar verdik", - Baş nazir bildirib.

Seçilən
15
50
ikisahil.az

10Mənbələr