AZ

Nikol Paşinyan: "Azərbaycan ilə sülhü pozmaq istəyən qüvvələr var"

AzVision.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan söyləyib.

Baş nazir avqustun 8-də Vaşinqtonda əldə edilmiş bəyannaməni gözdən salmağa çalışan qüvvələrə cavab da verib: “Sülh bəyannaməsi imzalandı, onlar dedilər ki, bu, ancaq bəyannamədir. Amma heç kim demir ki, 1994-cü ildən Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi gedirdi və heç vaxt Qarabağ məsələsi ilə bağlı bəyannamə layihəsindən başqa sənəd layihəsi olmayıb. Bəyannamə bu qədər asan bir şeydirsə, niyə 30 ildir bu dövlətin, xalqın bütün enerjisini, gündəmini sırf həmin bəyannamə üzərində cəmləşdiririk?".

"Sülh bərqərar olub. Bu, çoxlarının proqramından kənarda oldu və indi onlar bu sülhü pozmağa çalışırlar. İstər Ermənistanda, istərsə də uzaq və yaxın xaricdə belə maraqları olan qüvvələrin olduğunu görməmək mümkün deyil. Biz qurulmuş sülhü bu nöqtədən institusional məhvə doğru inkişaf etdirmək istəyənlərə zidd olaraq, institusional inkişafa doğru inkişaf etdirməliyik. Bu yolda heç kim bizə maneə ola bilməyəcək”, - deyə N.Paşinyan vurğulayıb.

AzVision.az



Seçilən
28
6
azvision.az

6Mənbələr