AZ

5 minə əlləri çatmadı, 2500 alacaqlar

Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası AÇ-2027-nin seçmə mərhələsində ilk xalını qazandı.

Ötən cümə günü səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzan “gənclər” doğma meydanda Bolqarıstanla bərabərə qaldı – 1:1.

AFFA rəhbərliyi bolqarlarla matçdakı mümkün qələbə üçün U-21-ə mükafat fondu təyin etmişdi - əsas heyətdə meydana çıxanların hər birinə 5 min manat.

Lakin bu, mümkün olmadığından, “11-lik”də forma şansı qazananlar 2500, sonradan meydana daxil olanlar göstərilən məbləğin 75, sona qədər ehtiyatda oturanlar isə 50 faizini əldə edəcəklər.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv növbəti görüşlərini oktyabrın 10-da səfərdə Çexiyaya, Bakıda Şotlandiyaya qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr