AZ

Böyük Britaniyada miqrasiya ən ciddi problem hesab olunur

Böyük Britaniyada miqrasiya və sığınacaq məsələsi ictimai narahatlıqların siyahısında yenidən birinci yerə çıxıb.

AZƏRTAC xəbər verir ki, “Sky News”un yayımladığı və “YouGov” tərəfindən aparılan sorğuya əsasən, bu, “Brexit” referendumundan bəri ilk dəfə baş verir.

Sorğunun nəticələrinə görə, respondentlərin 58 faizi miqrasiyanı ölkənin qarşısında duran üç əsas problemdən biri kimi göstərib. 51 faiz iqtisadiyyatı, 29 faiz səhiyyəni, 22 faiz isə cinayətkarlığı qeyd edib. İctimaiyyətin böyük əksəriyyəti - 70 faizi miqrasiyanın çox yüksək olduğunu düşünür. 18 faiz bu səviyyəni uyğun, 3 faiz isə çox az hesab edir.

Məlumatda bildirilir ki, bu göstərici son 5 ildə ən yüksək həddə çatıb. Xüsusilə də son illərdə La-Manş boğazı üzərindən kiçik qayıqlarla Böyük Britaniyaya qanunsuz miqrant axınının artması ictimai narahatlığı gücləndirib. Respondentlərin 50 faizi miqrasiyanın ölkəyə mənfi təsir göstərdiyini, 22 faizi həm müsbət, həm də mənfi təsirlərin olduğunu, digər 22 faizi isə onun müsbət nəticələr verdiyini bildirib.

Seçilən
24
2
yeniazerbaycan.com

3Mənbələr