AZ

QHT "İstedadları uğura aparan yol" adlı jurnalın təqdimatını keçirdi - FOTOLAR /VİDEO

“Parlaq Ulduzlar” layihəsi çərçivəsində "İstedadları uğura aparan yol" adlı jurnalın təqdimatı keçirildi.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən “Parlaq Ulduzlar – Gənc İstedadların Tanıdılması” layihəsi çərçivəsində təntənəli tədbir keçirilib.

ÖncəAzərbaycan RespublikasınınDövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “İstedadları tanıyaq və tanıdaq” İctimai Birliyinin sədri, layihənin rəhbəri Vüsalə Sadıqova (Qələndərli) tədbiri giriş sözü ilə açaraq layihənin əsas məqsədləri, görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, bildirib ki, layihə çərçivəsində istedadlı gənclərin aşkara çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsi və geniş ictimaiyyətə tanıdılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Tədbirin əsas hissəsində “İstedadları uğura aparan yol” adlı jurnalın təqdimat mərasimi baş tutub. Jurnalda layihə çərçivəsində seçilən istedadlı gənclər haqqında geniş məlumatlar, onların yaradıcılıq nümunələri və gələcək planları yer alıb.

Təqdimatdan sonra layihə çərçivəsində keçirilmiş istedad müsabiqəsinin qalibləri mükafatlandırılıb. Fərqlənən iştirakçılara diplomlar, sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Mükafatlandırma mərasimində çıxış edən qonaqlar istedadlı gənclərin üzə çıxarılmasının və onların inkişafına dəstək verilməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə şəhid ailələri və qazilər də fəxri qonaq qismində iştirak ediblər. Onların tədbirdə iştirakı böyük mənəvi əhəmiyyət daşıyıb, bu da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli bir addım kimi qiymətləndirilib.

Tədbirin sonunda istedadlı uşaqlar və gənclərin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. Musiqi, rəqs və şeir nümunələri ilə zəngin olan bədii proqram tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb və gənc istedadların parlaq çıxışları böyük alqışlarla qarşılanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Fotolar

Seçilən
11
3
turkustan.az

4Mənbələr